Gəncə-Göygöl yolunda zəncirvari qəza baş verib
Gəncənin Gülüstan qəsəbəsində, Gəncə-Göygöl avtomobil yolunda ağır yol-nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 42 yaşlı Nicat Bayramov “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşını, “KİA” markalı avtomobilə, sonra “VAZ 2107” markalı avtomobillə daha sonra isə “VAZ 2106” və “VAZ 21011” markalı maşınlara vuruvb. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü 34 yaşlı Şamo Hümbətov və onun həyat yoldaşı 22 yaşlı Xumar Hümbətova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.