!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncə hadisələri ilə bağlı ictimai müzakirə keçirildi

!Reklam – Yazi

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin və Milli QHT Forumunun təşəbbüsü ilə Gəncə şəhərində baş vermiş məlum hadisələrlə bağlı ictimai müzakirə keçirilib.

Yenicag.az xəbər verir ki, hadisələr zamanı şəhid olmuş polis zabitlərinin xatirəsi yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli bu günlərdə Gəncədə törədilmiş terror hadisəsinin ölkəmizə qarşı xaricdən hazırlanan plan olduğunu və bunun Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş bir addım olduğunu bildirib.

Tədbirdə BDM sədri İsmayıl Ağayev çıxış edərək bu hadisələrin ictimaiyyətdə ciddi narahatçılıq yaratdığını və heç şübhəsiz ki, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn bir cəhd olduğunu qeyd edib. Müzakirələrdə çıxış edən Azərbaycan-Çexiya Dostluq Cəmiyyətinin sədri prof. Azər Kərimovson olayların xaricdə yaşayan soydaşlarımızı da ciddi narahat etdiyini və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının müstəqilliyimizi müdafiə etməyə borclu olduğunu bəyan edib.

Daha sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, Azərbaycanın inkişaf səviyyəsinin güclənməsindən narahat olan antimilli qüvvələr tərəfindən Gəncədə törədilən hadisənin terror aktı olduğunu bildirib. O, eyni zamanda, ölkəmizin dünyada ictimai-siyasi sabitliyin bərqərar olduğu dövlətlərdən biri kimi öz yoluna davam edəcəyini qeyd edib.

İctimai müzakirələrdə çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Əsgər Ailələrinə dəstək İB-nin sədri Mətanət Əsgərqızı, Vətəndaşların Sosial Rifahi Naminə İB-nin sədri İradə Rizazadə, Vətən Qeyrəti İB-nin sədri Əlipaşa Nəsirli və başqaları çıxış edərək QHT-lər olaraq ölkəmizin ictimai-siyasi sabitliyini pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduqlarını bəyan ediblər.

Müzakirələrdə xarici dairələrin əlində alət olan şəxslərin əməlləri birmənalı olaraq pislənmiş və müstəqilliyimizə qarşı yönəlmiş istənilən cəhdin xalqla hakimiyyətin birliyi sayəsində iflasa uğrayacağı qeyd edilib.

COP29

www.yenicag.az

1981
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv