Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın

media-hightechnic-468x90

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində qeydə alınıb.

Yanğının binanın dam örtüyündə başladığı bildirilib. Hadisə yerinə Gəncə şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Məlumata görə, binanın dam örtüyünün 5 kvadratmetr sahəsi yanıb və xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600