Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi: Ölən var

media-hightechnic-468x90

Gəncədə dörd nəfər dəm qazından zəhərlənib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub.

Polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərlənməsi məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa