Gəncədə iki yol qəzası baş verib

media-hightechnic-468x90

скачанные файлы (1)Gəncədə iki yol-nəqliyyat hadisəsi baş verib.

Hadisələrdən biri şəhərin Atatürk prospektində qeydə alınıb.

“VAZ-2107”, “VAZ-2106” və “Tofaş” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər – Samux rayon sakini, 1961-ci il təvəllüdlü İdris Əliyev və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Larisa Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. “Mercedes” markalı avtomobillə “Hyunday” markalı avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600