Gəncədə kişi həyat yoldaşını baltaladı - YENİLƏNİB

media-hightechnic-468x90

Gəncədə kişi həyat yoldaşına küt ailətlə xəsarət yetirib.

media-banner_tuq

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1985-ci il təvəllüdlü S.Cəfərova bədənin müxtəlif nahiyələrindən açıq yaralarla xəstəxanaya yerləşdirilib. Xəsarət alan qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin hazırda kafi olduğu bildirilir. İlkin məlumata əsasən, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib. Hadisənin məişət zəminində baş veridiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

21.04.2026-cı il tarixində saat 02:20 radələrində 1 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü şəxsə baş, boyun və çiyin nahiyyələrinin kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05