Gəncədə Təhsil İdarəsinin açılısı olub
Gəncədə yeni tikilən Təhsil İdarəsinin açılısı olub.
Açılış mərasimində Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri və təhsil işçiləri iştirak edib.
İcra başçısı çıxışında tikintisinə 2012-ci ildə başlanılan yeni Təhsil İdarəsinin binasının müasir tələblərə cavab verən səviyyədə tikildiyin bildirib. Qeyd olunub ki, yeni bina 3 mərtəbədən ibarət olmaqla 62 otaqdan ibarətdir. Tədbirdə binanın tikintisini həyata keçirən “Gəncə-Körpü-Tikinti-2” ASC-nin işçilərindən 3 nəfərinə İcra hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
(apa.az)