Gənclərin layihə hazırlama bacarıqları inkişaf etdirildi - FOTO

media-hightechnic-468x90

 

“Öndə Gənclər” İctimai Birliyinin həyata keçirdiyi İnCamp-İnklüziv Kamp layihəsinin təlimləri yekunlaşıb.

Təlimdə 18-29 yaş arası 30 gənc iştirak edib, 7 günlük təlim mərhələsi Şəki Olimpiya İdman Kompleksində gerçəkləşib. Onların arasında təkərli oturacaq istifadə edənlər, görmə problemləri olanlar, nitq çatışmazlığı yaşayanlar və hərəkət məhdudiyyəti olan şəxslər də daxil olmaqla əlilliyi olan gənclər var idi.

Təlimlər praktiki formada, qrup işləri, rollu oyunlar, təqdimatlar və müzakirələrlə keçirilib. Bu format hər bir gəncin öyrənmə prosesində fəal iştirakını təmin edib və təlimləri daha maraqlı, səmərəli edib.

Təlimləri aparanlar – Fərhad Abdulov, Mələk Sultanlı, Cəsur Mədətzadə və Aydan Ağayeva – Avropa Şurası ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi TRAYAZE proqramının məzunlarıdırlar. Bu proqram gənclərlə işləyən təlimçilər üçün uzunmüddətli təlimlərdən ibarət olub.

Layihənin növbəti mərhələsində iştirakçılar 3 gün davam edəcək “Hakaton” yarışında öz layihələrini hazırlayıb təqdim edəcəklər. Hakaton zamanı onlar qrup şəklində müəyyən vaxt ərzində yeni layihə üzərində birlikdə işləyəcək. Bu mərhələ gənclərə öyrəndiklərini praktikada tətbiq etmək imkanı verəcək.

“İnCamp” layihəsi Avropa Gənclər Fondu və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir, “Öndə Gənclər” İctimai Birliyi tərəfindən icra olunur. Məqsəd əlilliyi olan gənclərin layihə təklifi hazırlama bacarıqlarını artırmaq və gənclər arasında bərabər imkanları genişləndirməkdir.

Layihə ilə bağlı yenilikləri “Öndə Gənclər” İctimai Birliyinin rəsmi Instagram səhifəsindən (@ondegencler) izləyə bilərsiniz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600