Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Generalın qardaşı hökumətə təslim oldu

108700_res_01Tacikistanın şərqində sentyabrın 5-də xüsusi əməliyyat zamanı 9 güc strukturu əməkdaşı ölüb, 6 nəfər yaralanıb.

Məlumatı İnterfaks yayıb. Bildirilir ki, müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzod və onun tərəfdarlarının təqibi davam etdirilir.

“Azadlıq” radiosunun tacik bürosunun məlumatına görə, sentyabrın 5-də Ramist dərəsində Nazarzodun tərəfdarlarından 13-ü öldürülüb, daha 32 nəfəri saxlanılıb. Generalın qardaşı hökumətə təslim olub. Çoxsayda silah və sursat müsadirə olunub.

Sentyabrın 5-də naməlum şəxslər Düşənbənin girişində post patrul məntəqəsinə basqın ediblər. Nəticədə 1 polis işçisi öldürülüb, bir neçəsi yaralanıb. Hələ ki bu basqının Nazarzod qruplaşması ilə əlaqəli olub-olmaması bəlli deyil.

Xatırladaq ki, prezident Emomali Rahmon Nazarzodu hökumətdə tutduğu vəzifədən azad edib, onu “cinayət törətməkdə” suçlayıb.

www.yenicag.az

300