Geosiyasi cəbhələr yenidən ÇƏKİLİR – ABŞ, Çin və İran üçbucağında GÜC SAVAŞI

media-hightechnic-468x90

“ABŞ-nin dünyanın ən qüdrətli dövləti olmaq dövrü geridə qaldı”.

Bu fikri İran-İsrail toqquşmasının gətirdiyi reallıqları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli-2_-8
Qabil Hüseynli

 

O, bildirib ki, bundan sonra İran özünü daha qüdrətli hesab edəcək:

“Bu toqquşmanın nəticəsi müsbət o zaman olardı ki, İrandakı molla rejimi yıxılardı, yerinə dünyəvi, müasir hakimiyyət gələrdi, amma bunu bacara bilmədilər. Digər bir diqqətçəkən vəziyyət ondan ibarətdir ki, dünyada gur-gur guruldayan İsrailə sübut edildi ki, onun potensialı İranı məğlub edəcək gücdə deyil, heç yarısı qədər də deyilmiş. Baxmayaraq ki, ABŞ İsrailə silahlar verir”.

“Zənnimcə, İran İsrailin dişini qırdı. Bundan sonra İran özünü daha qüdrətli hesab edəcək. Bu müharibə belə bitməyəcək. İran prosesləri İsraili yer üzündən silmək mərhələsinə çatdıracaq. Bu zaman heç ABŞ də İsrailin köməyinə çata bilməyəcək. Artıq dünyanın yeni nizamı formalaşır. Bu nizam Çin ətrafındadır. Çin artıq İrana lazımı silahları ötürməkdədir. ABŞ-nin dünyanın ən qüdrətli dövləti olmaq dövrü geridə qaldı”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600