GMO-lar xərçəng yaradır? – İddia

media-hightechnic-468x90

GMO-sm1Hazırda dünyada geni modifikasiya olunmuş (GMO) məhsulların insan orqanizminə faydalı olub-olmadığı barədə vahid fikir yoxdur. Bir çoxları GMO-nun faydalı olduğunu desə də, bunun əksini düşünənlər də az deyil. Amma bununla belə ABŞ, İsveçrə kimi ölkələrdə GMO məhsullarından geniş istifadə olunur. Azərbaycanda isə bu tip məhsullar qadağan edilib.

Yenicag.az saytına açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov GMO-nun daha keyfiyyətli məhsul olduğunu diqqətə çatdırdı: “Modifikasiya yolu ilə əldə olunan məhsulun seleksiya, yəni ənənəvi qaydada əldə olunan məhsuldan fərqi odur ki, birinci halda qısa zamanda istənilən nəticəni əldə etmək mümkün olur. Seleksiya yolu ilə isə bu proses uzun müddət çəkir. Seleksiya yolu ilə əldə olunan məhsulun təhlükəsi daha çoxdur. Genetik modifikasiya olunmuş formada əldə olunan məhsulda çox az sayda gen dəyişikliyi baş verir. Seleksiya yolu ilə isə əslində daha çox gen dəyişməsi baş verir. Seleksiya yolunda prosesi nəzarətdə saxlamaq da qeyri-mümkündür. Orada 500 gen bir canlı orqandan digərinə təbii olaraq köçürülür. GMO-da isə bitkinin hansısa əlamətini daha güclü etmək üçün digər canlı orqanizmin genindən istifadə olunur və bu halda daha yaxşı keyfiyyəti əldə etmək mümkün olur. Zərərvericiliyə daha dözümlü olur. Seleksiya üsulu artıq tarixdə qalıb. İnsanların sayı artır. Bu artan tələbatı ödəmək üçün daha məhsuldar bitkiyə ehtiyac yaranır. Bu bitki də GMO-dur. Azərbaycanda isə hələlik ənənəvi qaydaya üstünlük verilir. Hətta ənənəvi qaydada məhsuldarlığı artıra bilməmişik. Keçən il taxılçılıqda 23 sentner taxıl götürmüşük. Halbuki elə dünya ölkələri var ki, orada hər hektardan məhsuldarlıq 150 sentnerə çatdırılıb. Kartofu hər hektara görə 16 tondan yuxarı qaldıra bilmirik, bəzi ölkələrdə isə 100 tondan artıq əldə edirlər. GMO bitkisi ətraf mühitə dözümlü olur. Onun sağlam olması həm də meyvəsinin sağlam olması deməkdir. Azərbaycanda isə bunun əhəmiyyətini başa düşən olmadı. Fransada hökumət üzümçülüyün gen modifikasiyası yolu ilə inkişaf etdirilməsinə. Bu gün əldə olunan süfrə və texniki sortlar olduqca məhsuldar, yüksək keyfiyyətli, ətraf mühit, xəstəliklərə qarşı dözümlüdür. İnsan orqanizmi üçün də faydalıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə GMO məhsullarının əleyhinədir: “Avropa İttifaqı Okson təşkilatı ilə bir yerdə Azərbaycanda çiyələyin əkinini təşkil edir. Burada məhsuldarlıq üç dəfə artıq olur. Birmənalı şəkildə onun GMO olduğunu bəyan etmişəm. Azərbaycan BMT-nin ətraf mühitin biomüxtəlifliyinin qorunması sərəncamına qoşulub. Bundan irəli gələn Kartagen protokolunu da ratifikasiya edib. Dünyada GMO-ya qarşı mübarizə gedir. Birmənalı şəkildə GMO allergiya xəstəliyi, xərçəng xəstəliyinə rəvac verən amil kimi qiymətləndirilir. Bu sübut olunub. GMO bitkiləri növbəti ildə toxun götürəndə bar vermir. Bu insanlarda da özünü göstərir. Azərbaycanda əkilən pomidor, qarpız, çuğundurlar bu cürdür. Növbəti ildə bar vermir”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600