Gömrükdə “olmayan” İNHİSAR: “Rəqabətə davamlı sahibkarların çoxu ya sıradan çıxıb, yaxud da...” - REAKSİYA

media-hightechnic-468x90

“Ola bilsin, bu gün ölkəyə nəsə gətirmək istəyənlər ya yoxdur, yaxud da onların sayı çox azalıb”.

Bu fikirləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ölkəyə məhsul idxalında heç bir inhisarın olmadığı haqda fikirlərinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sahibkarlar inhisarçılıqla bağlı əvvəllər daha çox şikayət edirdilər:

“Mən bu məsələyə belə yanaşardım ki, ötən dövrlərdə rəqabət apara bilən sahibkarların çoxu ya sıradan çıxıblar, ya da sadəcə, kimlərləsə mübarizə aparmağa ehtiyac görmədikləri üçün öz biznes fəaliyyətlərini dayandırıblar.

Ümumiyyətlə, bu gün Azərbaycanda unikal vəziyyət yaranıb. Əvvəllər inhisarçılıq deyəndə onu başa düşürdük ki, hansısa sahibkarlara ölkəyə müəyyən məhsulları idxal etməyə imkan vermirlər. Ola bilsin, bu gün ölkəyə nəsə gətirmək istəyənlər ya yoxdur, yaxud da onların sayı çox azalıb. Bu baxımdan, təbii inhisarçılıq yaranıb.

Bunu nəyə görə deyirəm? Sahibkarlar əvvəllər mənə inhisarçılıqla bağlı çox şikayət edirdilər. Son vaxtlarda isə mənə bu xarakterli müraciətlə üz tutan demək olar, yoxdur. Ancaq bu fakt işlərin qaydasında olması anlamına da gəlmir. Bu məsələdə nikbin deyiləm.

Digər bir məqama toxunmaq istərdim. Sonuncu dəfə sentyabrda təyyarə ilə Bakıya döndüyümdə bizim gömrükçülər məni tanıdıqlarını deyərək, çantalarımı yoxlamadılar. Amma digər sərnişinlərin hamısının çantaları diqqətlə yoxlanıldı. Bu da ona görə edilir ki, birdən o sərnişinlərdən kimsə başqalarının inhisarında olan məhsullardan satmaq üçün ölkəyə gətirər. Bu kimi hallar əlbəttə ki, suallar doğurur”.

A.Zeynalov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600