Reklam: High Technic
hightechnic

Gömrükləmə işləriniz “My Broker”lə “ASAN”laşdı

Yenicag.az xəbər verir ki, yerli və xarici, fiziki və hüquqi şəxslərə tam gömrük təmsilçiliyi xidmətləri göstərmək məqsədi ilə artıq “My Broker” İxtisaslaşmış Gömrük Təmsilçiliyinin Bakı şəhəri 1, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərində və 1 saylı “ASAN Kommunal” mərkəzində də xidmət pəncərələri yaradılıb. “My Broker” Gömrük Təmsilçiliyi bu pəncərələrə müraciət edənlərə gömrük rəsmiləşdirilməsi üzrə məsləhət xidməti, sənədlərin qəbul olunması, mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, tam təmsilçilik qismində gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə bir sıra xidmətlər göstərir.

“My Broker” Azərbaycan Respublikasının gömrük fəaliyyəti zonasında ilk dəfə dünya təcrübəsi əsasında yaradılmış müasir Gömrük Təmsilçiliyidir və gömrükdən istifadə edən vətəndaşların və iş adamlarının rahatlığına xidmət edir.

“My Broker” peşəkar əməkdaşları ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında 20-dən çox xidmət növü üzrə tam gömrük təmsilçilik xidmətlərini həyata keçirir.

 

“My Broker” yarandığı gündən bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirak edib və uğurlu nəticələrin əldə olunmasını təmin edib. Məhz bu səbəbdən “My Broker” bir sıra yerli və xarici şirkətlərin davamlı şəkildə ən çox üstünlük verdikləri gömrük təmsilçiliyidir.

www.yenicag.az

893