Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Google” Atlantik okeanından internet kabeli çəkəcək - FOTO

“Google” şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır.

Yenicag.az belta.by-a istinadən bildirir ki, internet nəhəngi bununla “Microsoft” və Amazon” şirkətləri ilə mübarizədə rəqabət qabiliyyətliliyi artırmaq niyyətindədir.

Məlumata görə, layihə Qırmızı Xaç Cəmiyyətinin təsisçisi və ilk Nobel mükafatı laureatı Anri Düranın şərəfinə “Dunant” adlandırılıb. Adətən belə layihələr bir neçə şirkət tərəfindən dəstəklənir. Lakin “Dunant” telekommunikasiya sahəsini təmsil etməyən və bir şirkətə məxsus olan ilk kabel xətti olacaq.

“Google” şirkətinin top-meneceri Ceyn Stouell bildirib ki, kabel Atlantik okeanı ilə şəbəkənin buraxılış qabiliyyətini artıraraq internetin ən çox yüklənən istiqamətini tamamlayacaq və “Google Cloud” virtual platformasını genişləndirməyə kömək edəcək.

www.yenicag.az

2147
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS