Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Google" axtarış nəticələrini manipulyasiya edir - İDDİA

Məhşur “Google” axtarış nəticələrini incələyən rəsmilər şirkətin iddia olunandan daha çox manipulyasiya etdiyini aşkarlayıb.

Yenicag.az xəbər verir ki, son illərdə ABŞ-da baş verən qanun dəyişikləri səbəbi ilə bir sıra şirkətlər rəsmi qurumlar tərəfindən analiz edilməyə başlanıb. Bu şirkətlərdən biri də “Google”dur.

Əvvəlcə sadəcə reklamları analiz edilən şirkətin sonradan axtarış sistemi də analiz edilməyə başlanıb.

Açıqlanan məlumatlara görə axtarış nəticələri “Google” tərəfindən iddia olunandan daha çox manipulyasiya edilir.

İddiaların əsası budur ki, “Google” qurduğu alqoritm vasitəsilə böyük şirkətləri daha çox önə çıxarır. Nəticədə kiçik şirkətlər geri planda qalaraq trafik və istifadəçidən məhrum qalır.

The Wall Street jurnalında yayımlanan məqaləyə və 100 fərqli reportaja əsasən şirkət ciddi dərəcədə manipulyasiya edir. Sübut olaraq isə bir çox kiçik satış saytların eBay və Amazon kimi nəhənglər qarşısında daha az göstərilməsidir.

“Google”un qaydalarına əsasən şirkət deyir ki, axtarışların siyahılanmasında heç bir insan amili yoxdur. Lakin Wall Street jurnal komandası isə “Google”un nəhəng partnyorlarına üstünlük qazandırmaq üçün axtarışlara bir başa müdaxilə etdiyini deyir.

Qeyd edək ki, məhşur axtarış sistemi nəhəngi “Google”a qarşı məhkəmə işi açılıb.

www.yenicag.az

1465
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM