İlon Maska ciddi rəqib: Beyinə çip yerləşdirmədən düşüncələri oxuyan papaq SATIŞA ÇIXIR

media-hightechnic-468x90

Beyinə çip yerləşdirmə zərurəti aradan qalxır: İnsan düşüncəsini birbaşa mətnə çevirən unikal texnologiya artıq istifadəyə hazırdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, neyrotexnologiya sahəsində fəaliyyət göstərən “Sabi” şirkəti tibb və texnologiya dünyasında sensasiya yaradacaq yeni ixtirasını təqdim edib. Şirkət beyinə cərrahi müdaxilə tələb etmədən, sadəcə xüsusi bir papaq vasitəsilə insan zihnini oxumağa imkan verən texnologiya hazırlayıb.

media-felcli-hastalara-umut-olacak-zihin-okuyan-sapka-yil-sonunda-satista-1789994_202605121109_20260512110948_2

İndiyə qədər beyin-kompüter interfeysi (BCI) sahəsində İlon Maskın “Neuralink” layihəsi kimi çip texnologiyaları üstünlük təşkil etsə də, “Sabi” bu prosesi tamamilə sadələşdirib. Şirkətin CEO-su Rahul Chhabra bildirib ki, cihazın üzərində yer alan 70-100 min arası yüksək həssaslıqlı sensor sinir aktivliyini analiz edərək düşüncələri dərhal rəqəmsal əmrlərə çevirir.

media-felcli-hastalara-umut-olacak-zihin-okuyan-sapka-yil-sonunda-satista-1789994_202605121109_20260512110948_3

Bu inqilabi addım xüsusilə iflic olan, hərəkət və danışıq qabiliyyətini itirən xəstələr üçün yeni bir həyat deməkdir. Cihaz sayəsində həmin şəxslər heç bir fiziki güc sərf etmədən, sadəcə düşünərək ətrafdakılarla ünsiyyət qura biləcəklər.

Sistemin ilkin mərhələdə əsas funksiyası yazı yazmaq olacaq. İstifadəçi yazmaq istədiyi kəlməni ağlından keçirdiyi an, həmin sözlər kompüter ekranında mətn şəklində əks olunacaq. Baxmayaraq ki, cihaz hələ müstəqil ekspertlər tərəfindən tam sınaqdan keçirilməyib, şirkət rəhbərliyi investorlara təqdim olunan ilkin nəticələrin gözləniləndən daha uğurlu olduğunu bəyan edib.

İnqilabi cihazın 2026-cı ilin sonuna qədər rəsmi olaraq satışa çıxarılması və kütləvi istifadəyə verilməsi planlaşdırılır.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05