Göygöldə ağır qəza – Türkiyə vətəndaşı öldü

media-hightechnic-468x90

2d2b47dd6698a221cb3363f80d84f387Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində qeydə alınıb.

“Mercedes” və “Mitsubishi” maraklı avtomobillərin toqquşması nəticəsində bir nəfər Türkiyə vətəndaşı, 1969-cı il təvəllüdlü İsmayıl Aktaş ölüb, 3 nəfər, Şəmkir rayon Zəyəm kənd sakinləri, 34 yaşlı Anar Xəlilov, 23 yaşlı Ramin Allahverdiyev və 26 yaşlı Elvin Məmmədov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600