Göyşayda faciə: ata və uşaqları yanaraq öldü

media-hightechnic-468x90

yangin esas edfvgtfy279Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib.

Hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Z. Bünyadov küçəsində, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Laçın qızına məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.

Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600