Göz qapaqlarıyla diplom aldı-Fotolar

media-hightechnic-468x90

hYenivag.Az xəbər verir ki, yalnız göz qapaqlarını hərəkət etdirə bilən və baş hərəkətləriylə ünsiyyət qura bilən 42 yaşlı iflic  qadın universitet diplomu almağı bacardı.

Dawn Faizey Webster, 11 il öncə yaranan fəsadlar səbəbiylə iflicin bir növü olan Locked sindromuna tutuldu.

Sadəcə göz qapaqlarını oynada bilən və kiçik baş hərəkətləri sayəsində ətrafdakılarla ünsiyyət qura bilən İngilis qadın, 6 illik səy nəticəsində diplom almağa nail oldu.

“Oxudum, çünki özümə və digərlərinə hələdə nəyisə bacara bildiyimi sübut etmək istədim” deyən və bu müddətdə göz hərəkətlərini yazıya çevirən xüsusi bir kompüter istifadə edən Webster, bu sayədə saatda 50 söz yaza bilirdi.

Qızları iflic olduqdan sonra işlərini atan və bütün vaxtlarını Websterə ayıran valideynləri, qızlarının altı il davam edən çətin təhsil müddətində də ona hər an dəstək verdilər.

Qeyd edək ki, nevroloji səbəblərdən ortaya çıxan Lockedin sindromuna tutulan xəstələr, bədənlərinin tamamilə iflic olmasına baxmayaraq şüuru yerində olduğu üçün məhdud imkanlarla ətrafdakılarla ünsiyyət qura bilirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600