Sahibə Qafarova Cövdət Yılmaz ilə COP29-un nailiyyətlərini müzakirə etdi

media-hightechnic-468x90

Azərbaycanın Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Türkiyənin vitse- prezidenti Cövdət Yılmaz ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Cövdət Yılmaz “X” hesabında paylaşım edib.

O bildirib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İranın vitse-prezidenti Şina Ənsari və Rusiyanın vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə məhsuldar görüşlər keçirib:

“Görüşlərimiz zamanı biz iqlimlə bağlı fəaliyyət, COP29-un nailiyyətləri, COP31-ə ev sahibliyi etmək üçün namizədliyimiz, qlobal iqlim maliyyəsinin gücləndirilməsi, ikitərəfli əlaqələr, regional inkişaflar, ticarət, enerji, nəqliyyat, sərhəd təhlükəsizliyi və ətraf mühit məsələləri də daxil olmaqla genişspektrli ortaq gündəliyi müzakirə etdik.

Türkiyə olaraq biz Azərbaycan, Suriya, İran və Rusiya ilə köklü və çoxvektorlu əlaqələrimizi və konstruktiv dialoqumuzu gücləndirməyə, regionumuzda sülh, sabitlik və davamlı inkişafı dəstəkləyən əməkdaşlıq mexanizmlərini inkişaf etdirməyə sadiqik. Qlobal miqyasda ədalətli, əhatəli və davamlı iqlim diplomatiyasına nail olmaq üçün bütün maraqlı tərəflərimizlə sıx məsləhətləşmələrimizi və həmrəyliyimizi davam etdirəcəyik”./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa