Gözlər insan xarakterlərini ifadə edir
Göz formaları qarşınızdakı şəxsin hansı xarakterdə və nə cür biri olduğunu müəyyən etmək üçün sizə kömək edir.
Gözlər vasitəsilə bütün sıxıntıları, sevgini, hissləri, nifrəti görmək mümkündür. Bəzi gözlər soyuq baxar, bəzilərinin isə içi gülər. Hansı gözə baxmağınızdan asılı olmayaraq, onlardan gözlərinizi heç vaxt qaçırmayın. Gözlər vasitəsilə həm güvən verdiyinizi, həmdə qorxmadığınızı ifadə edirsiniz . Danışarkən həmişə qarşı tərəfin gözlərinin içinə düz baxın.
1-Balaca batıq gözlər
Sirrli, sirr tutmağı bacaran, əlaqə yaradılması çətin olan insanlardır. Onlarla əlaqə yaratmaq uzun müddət çəkə bilər.
2-Böyük göz bəbəkləri
Bəyazı az olan iri gözlər, özləri haqqında danışmağı xoşlamırlar və həmin şəxslər təsəvvür edə bilməyəcəyimiz sirrlər saxlayırlar və öz dünyalarında yaşayırlar, Bacarıqlı şəxslərdir.
3-Kiçik göz bəbəkləri
Əsəbi olurlar, bir yerdə durmağı xoşlamırlar və cəsarətə ehtiyacı olan şəxslərdir.
4-Üzdə böyük gözlər
Üzdə böyük gözləri olanlar geniş fikirli şəxslərdir. Nüfuzu çox sevmirlər lakin sərbəstliyi sevirlər.
5-Göz çuxuru dərin olan gözlər
Ciddi, idealist və motivasiya etməyi bacaran, Fəlsəfə mövzularına maraqlıdırlar, sənətə meyllidirlər.
6-Tez-tez gözünü qırpanlar
Güvənilməzdirlər, müəmmalıdırlar