Güclü külək əsir, bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Saat 17:00-a olan məlumata əsasən, hazırda bəzi yerlərdə qərb küləyi əsir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, küləyin sürəti Tovuzda 20 m/s, Naftalan, Ceyrançöl, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.

Şəki, Şamaxı, Qobustanda yağış, Şahdağda isə qar yağır.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Zərdabda duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran və dağlıq rayonlarda 5 , Naxçıvan MR-da 3 dərəcəyədək istidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600