Gülənin bankı dövlətin nəzarətinə keçdi

media-hightechnic-468x90

yenicag_bankasyaFətullah Gülənin əsas para qaynağı sayılan “Bank Asya” dövlətin nəzarətinə keçdi. Qeyd edək ki, banklarla dövlətin belə bir səlahiyyəti var. 

Bank Tənzimləmə və Nəzarət Heyəti, “Bank Asya”nın İdarə Heyətinin imtiyazlı payının 63 faizini Tasarruf Mevduatı Sigorta Fondu tərəfindən istifadə edilməsinə qərar verdi.

Bank Tənzimləmə və Nəzarət Heyəti, “Bank Asya”nın Bank Qanununun “təşkilatın nəzarətinə maneə törətməyəcək şəffaf və açıq bir ortaqlıq quruluşu və təşkilat səmasına sahib olması” şərtini pozduğunu müəyyənləşdirdiyi üçün belə bir tələblə çıxış etdiyi bildirildi.

Xatırladaq ki, Gülən bu bank üçün “evinizi, maşınlarınızı satın, bankı qoruyun” deyə, müraciət etmişdi. 

Qeyd edək ki, ötən illərdə bankın bağlanmaması üçün Gülən çağırış etmiş və Elnur Aslanovun yaxın dostu, “Today`s Zaman” qəzeti yazarı Mahir Zeynalov da daxil olmaqla bütün fətullahçılar pullarını banka yatırmışdılar.

Daha ətraflı birazdan…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600