Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

media-hightechnic-468x90

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05