Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 27-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın Binə qəsəbəsində yaşayan seçicilərlə məhəllə görüşü keçirilib.
Yenicag.az xəbər verir ki, görüşdə seçicilər su, yol, kanalzasiya problemləri və yaxınlıqda yerləşən 136 nömrəli tam orta məktəbin təmirə ehtiyacı olması və digər ümumi problemlər barədə deputatlığa namizəd Gülşən Paşayevaya ətraflı məlumat veriblər.
Daha sonra namizəd seçicilərə öz platforması barədə məlumat verib, onların problemlərini dinləyib və suallarını cavablandırıb.
Gülşən Paşayeva etimad göstəriləcəyi və millət vəkili seçiləcəyi təqdirdə sakinlərin müraciətlərinə, onların qaldırdığı məsələlərin həllinə səlahiyyətləri çərçivəsində dəstək olacağını bildirib.
O, seçiciləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində aktiv iştirak etməyə çağırıb.
Sonda görüş iştirakçıları namizədə təşəkkür edib və parlament seçkilərində müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində müstəqil namizədin seçicilərlə görüşləri davam edəcək.
www.yenicag.az