Günay İbrahimlinin yeni klipi – Video-Fotolar
Müğənni Günay İbrahimli “Ola bilərdin” adlı mahnısına çəkdirdiyi klipi pərəstişkarlarının ixtiyarına verib.
Axşam.az-ın məlumatına görə, sənətçi ekran işini “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişində təqdim edib. Mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Pərviz Mahmudova məxsusdur. Rza Əsgərovun rejissorluq etdiyi klipdə sənətçinin stili üzərində Elnur Həsənov çalışıb. Yaradıcılığı ilə bağlı bir çox sualları cavablandıran G.İbrahimli ritmik mahnı oxumaq istədiyini deyib:
“Ritmik mahnı istəyirəm. Amma nədənsə ürəyimcə ritmik mahnı bəstələyən yoxdur. Hamısı lirikaya üz tutub. Yaxşısını bəstələsinlər, mən də səsləndirim”.