Günay Musayeva “Məryəm” obrazını canlandıracaq

media-hightechnic-468x90

43545Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan haqqında çəkiləcək.

“Kod adı: K.O.Z” adlanacaq filmdə Günay “Məryəm” obrazını canlandıracaq. Filmdə həmçinin Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel və digərləri çəkiləcək. Filmdə baş rolu aktyor Orxan Kılıç canlandıracaq.

Filmin rejissoru Uğur Yalçınkaya ekran əsərinin dövlət sifarişi ilə çəkilmədiyini bildirib. “Bu filmin hökumət tərəfindən çəkildiyi barədə verilən şərhlərə çox pis oldum. Biz filmin çəkilişi üçün nə Mədəniyyət Nazirliyinə müraciət etmədik, nə də vəsait istəmədik. Rəcəp Tayyip Ərdoğanla heç bir gorüşməmiz və ya toplantımız olmayıb” – deyə, o etirazını bildirib.

Rejissor qeyd edib ki, filmin çəkilişlərinə noyabrda başlanacaq, dekabrın 17-si isə ekrana çıxarılacaq. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600