Günbəgün artan qlobal GƏRGİNLİK: ABŞ və İsrail dünyanı müharibəyə sürükləyir?

media-hightechnic-468x90

Yaxın Şərqdə nəzarətdən çıxan bir müharibə. İran və Livanda sayı artıq minlərlə ölçülən ölü sayı. Sürətlə artan enerji qiymətləri. İranın zərbələri ilə sarsılan Körfəz regionu. Bu, insanın başını qarışdıran, anlaşılmaz və nəzarətdən çıxmış hiss edilən dövrlərdən biridir. Lakin bütün bunların mərkəzində sadə bir məntiq dayanır: baş verən hər şey İsrailin fələstinliləri işğal altında saxlamasının nəticəsidir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian”ın köşə yazarı Nəzrin Malikin təhlil məqaləsində qeyd olunub.

O, 2003-cü ildəki regionu təsvir edərək ABŞ-nin Yaxın Şərq siyasətinin “inteqrasiya”ya yönəldiyini bildirib: İranın cilovlanması, daha çox ərəb ölkəsinin İsrail ilə münasibətlərini normallaşdırmaq üçün cəlb edilməsi və beləliklə, ABŞ hərbi çətiri altında iqtisadi və təhlükəsizlik maraqları blokunun yaradılması.

“İran bu İsrail-ərəb ittifaqı tərəfindən təcrid olunacaq və fələstinlilərin “dosye”si bağlanacaqdı. Ərəb ölkələri fələstinlilərə sadəcə sözdə dəstək verəcək, Fələstin dövlətinin yaradılması istiqamətində səylərin göstəriləcəyinə və ya İordan çayının qərb sahilinin ilhaq edilməyəcəyinə dair zəmanətlər tələb edəcəkdilər. Lakin reallıqda masada olan şey Fələstin ərazilərinin işğalının əbədi olaraq davam etdirilməsi idi”, – N. Malik vurğulayıb.

İsrailin Qəzzaya hücumunu xatırladan müəllif bunun sadəcə insanların evlərini, həyatlarını və ləyaqətlərini əlindən alan mənəvi cinayət yox, həm də praktiki bir ağılsızlıq olduğunu qeyd edib:

“7 oktyabrdan sonra İsrail iddia etdi ki, onun təhlükəsizliyi artıq təkcə Qəzzada HƏMAS-ın yox edilməsindən deyil, həm də İsrailin onun proksi qüvvələri hesab etdiyi hər kəsin məhv edilməsindən asılıdır. O, Livan və Suriyada bu missiyanı Qəzzada olduğu kimi həyata keçirdi – daha çox torpaq işğal etdi və bu prosesdə minlərlə dinc sakini öldürdü”.

“Fələstin davasını səssizcə boğmaq cəhdinin uğursuzluğu İranda uşaqların ABŞ zərbələri ilə öldürülməsinin, Körfəz ölkələrinin tarixi böhran içində olmasının, avtomobilinizin çənini doldurmağın indi daha baha başa gəlməsinin kökündə duran səbəbdir”, – deyə bildirən yazar vurğulayıb ki, son iki həftə ərzində məlum oldu ki, həmin tərəfdaşlar və müttəfiqlər, hətta Birləşmiş Ərəb Əmirlikləri kimi İsrail ilə münasibətləri normallaşdıranlar belə, heç vaxt tərəfdaş kimi görülməyiblər, əksinə, nökər kimi görülüblər.

“Regionda bu münasibətlərin qeyri-bərabərliyi ilə bağlı narazılıqlar artmaqdadır. Lakin bu narazılıqlar yalnız o halda mənalı olacaq ki, bu ölkələr vaxtilə etdikləri və indi özünü doğrultmayan həmin ilkin mərclərinə yenidən baxsınlar, yəni siyasi, iqtisadi və hərbi düzənlərin ABŞ və dolayısı ilə İsrail maraqlarına uyğun qurulması əvəzinə, bir region kimi iradə nümayiş etdirib ümumərəb gücünün artırılmasını koordinasiya etsinlər. Elə bir güc ki, vətəndaşların adından çıxış edə bilsin, onların əlaqələrini və həmrəyliyini ifadə etsin və onları regionu öz şıltaqlıqlarının girovuna çevirən güclərə qarşı möhkəmləndirsin”, – N. Malik bildirib və sözlərini yekunlaşdırıb:

“Netanyahu azad bir Fələstin görməkdənsə, görünür, sonu olmayan baha başa gələn müharibələr vəziyyətində olmağı üstün tutur. Onun hökuməti fundamental problemi həll etmək əvəzinə, İsraili, Yaxın Şərqi və bütün dünyanı bu genişlənən böhrana bağlayıb”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05