“Burada ictimai qaydanı açıq və kobud şəkildə pozulması ilə cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkət görülməkdədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Xalq artisti Ağadadaş Ağayevlə xəstəxananın mühafizəçi arasında baş vermiş insidentə hüquqi cəhətdən qiymətləndirən hüquqşunas Ramil Süleymanov deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq cinayət işi başlanılıb.
“Xalq artisti Ağadadaş Ağayev tərəfindən tibb müəssisəsinə gələrək, soyuq silahın mühafizəçiyə atılması və onlar arasında baş vermiş qarşılıqlı dava-dalaşla bağlı artıq cinayət işi başlanılıb. Ağadadaş Ağayevin bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin təsiri altında törədilmiş hesab olunacaq. Belə ki, Xalq artisti tərəfindən xəstəxananın mühafizəçisinə tərəf atılmış kəsici alət olan balta faktiki olaraq, silah qismində istifadə olunaraq törədilmiş cinayətdir”, – deyə o əlavə edib.
R.Süleymanov, eyni zamanda, qeyd edib ki, hadisədə ictimai qaydanı açıq və kobud şəkildə pozulması ilə cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkət görülməkdədir. İstintaq tərəfindən məsələyə hüquqi qiymət verildikdən sonra Ağadadaş Ağayevi və onunla qarşılıqlı şəkildə dava-dalaş həyata keçirən şəxsə qarşı müvafiq olaraq cinayət məcəlləsinin 221.3-cü maddəsinə əsasən, cinayət başlanıldıqda 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Mətbuatda səslənən fikirlərdən biri də xalq artistinin onkoloji xəstə olması qabardılır. Qeyd edim ki, həmin xəstəliyin ağırlıq dərəcəsinə görə, Xalq artisti barəsində cəzanın təyini, qətimkan tədbirinin nəzərə alına bilər. Lakin bu hal, yüngülləşdirici hal kimi nəzərə alına bilər”, – deyə o bildirib.
İsmayıl Bakuvi
www.yenicag.az