Türkiyəli siyasi şərhçi təyyarə qəzasından danışdı: "İlk reaksiya Azərbaycan Prezidentindən gəldi" - VİDEO
“Dünyadakı “C130” qəzalarını araşdırdıqda, texniki problemlər ön plana çıxır. İlkin müşahidələrimizə görə, partlayış və ya xaricdən hər hansısa müdaxilə yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında ötən gün Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması barədə danışan türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.
O bildirib ki, hazırda təhqiqat davam edir:
“Azərbaycandan Türkiyəyə dönərkən Gürcüstan üzərində “C130” hərbi nəqliyyat təyyarəsinin texniki səbəbdən qəzaya uğramasına dair ümumi görüş var. Hazırda bu barədə təhqiqat davam edir. 20 şəhidimizin Türkiyəyə gətirilməsinin ardından texniki araşdırma da tamamlanaraq ictimaiyyət aydınladılacaq”.
“Dünyadakı “C130” qəzalarını araşdırdıqda, texniki problemlər ön plana çıxır. İlkin müşahidələrimizə görə, partlayış və ya xaricdən hər hansısa müdaxilə yoxdur”, – siyasi şərhçi deyib.
G. Yavuzaslan Azərbaycan tərəfinin məsələyə həssas və sürətlə yanaşmasının da Türkiyə ictimaiyyəti tərəfindən təqdirlə qarşılandığını bildirib:
“İlk reaksiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilməsi, Azərbaycandan qalxan “Akıncı”ların, SİHA-ların anında hadisə yerinə getməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasında güclü mexanizmin fövqəladə hallarda çalışdığını ortaya çıxardı”.
Ətraflı videomatrealda:
Xatırladaq ki, ötən gün Gürcüstan ərazisində Türkiyə HHQ-yə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Nəticədə Türkiyənin 20 hərbçisi həlak olub.
Məsimə Məmmədova












