“Dünya ölkələri bu problemə artıq qalib gəlib”.
Bunu ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin sayının 4 mini keçməsi ilə bağlı danışan Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, baş nefroloq Fariz Babayev Yenicag.az-a açıqlamasında deyib.
Baş nefroloq qeyd edib ki, böyrək xəstəliklərində yaş faktoru rol oynamır:
“Yeni doğulan körpələrdə belə bu xəstəliklə rastlaşa bilərik. Simptomlar bəzən gec bəlli olur. Lakin daha çox şəkərli diabet, qan təzyiqi olan xəstələrdə aşkarlandığı üçün onlar il ərzində ən azı bir dəfə müayinədən keçməlidir. Bu xəstəliklə mübarizə üsulunu orqan donorlarının artırılmasında görürəm. Dünya ölkələri bu problemə artıq qalib gəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq meyit orqanlarının keçirilməsi ilə bağlı komissiya yaradılıb. Odur ki, orqan nəqlinin vacibliyi ilə bağlı həmişə təbliğat aparılmalıdır”.
Leyla Fərzəliyeva
www.yenicag.az