Gürcüstan müxalifəti seçki sonrası mitinq keçirəcək

media-hightechnic-468x90

Gürcüstan müxalifəti bazar günü Tbilisidə mitinq keçirmək niyyətindədir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanda keçirilmiş prezident seçkilərində müxalifət partiyasından namizəd Qriqol Vaşadze deyib.

Q.Vaşadzenin sözlərinə görə, Rustaveli prospektində dinc nümayiş keçirməyi planlaşdırırlar:

“Bununla biz bu hökumətə göstərmək istəyirik ki, əsl gürcü, əsl avropalı olmaq nə deməkdir”.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutub. Yekun nəticəyə görə, prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qalib olub. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb./Trend/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05