Gürcüstan parlamentində deputatlar arasında dava - VİDEO

media-hightechnic-468x90

Gürcüstan parlamentinin hüquq məsələləri üzrə komitəsinin martın 6-da keçirilən iclasında deputatlar arasında dava düşüb.

Yenicag.az xəbər verir ki, “Xarici agentlər” qanununun müzakirəsi zamanı hakim “Gürcü arzusu” partiyasının deputatı Anri Oxanaşvili ilə müxalifətdən olan deputatlar arasında münaqişə yaranıb. Davadan sonra müxalif “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze və “Vahid Milli Hərəka”” partiyasının sədri Levan Xabeişvili zaldan çıxarılıb.

Komissiyanın iclası ilə paralel olaraq parlament binası yaxınlığında etiraz aksiyası keçirilir. Vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər, o cümlədən meydana toplaşan vətəndaşlar “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edirlər.

Xatırladaq ki, aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə çox sayda polis əməkdaşı cəlb olunub. /Unikal/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa