Gürcüstan prezidenti ata oldu – 3-cü dəfə

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili 3-cü dəfə ata olub.

Yenicag.az xəbər verir ki, onun oğul övladı dünyaya gəlib.

Yeni doğulan körpəyə Toma adı verilib.

Qeyd edək ki, Giorgi Marqvelaşvili xanımı Maka Çiçua ilə 2014-cü ildə rəsmi nikaha daxil olublar. Cütlüyün 2015-ci ilin fevralın 2-də Temo adlı oğulları dünyaya gəlib. G.Marqvelaşvilinin əvvəlki nikahdan Anna adlı qızı da var.

COP29