Gürcüstan prezidentinin kürəkəni güllələndi

media-hightechnic-468x90

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri silahlı insident nəticəsində yaralanıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qoqoçuri ən azı bir güllə yarası alıb.

Hadisə yerində polis və kriminalistlər cəlb olunub. Ərazi nəzarət altına alınıb.

Məlumata görə, prezidentin kürəkəni xəstəxanaya aparılıb. Onun vəziyyəti barədə məlumat verilmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin motivləri barədə açıqlama verilməyib.
Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa