Reklam: High Technic
hightechnic

Gürcüstan vətəndaşlarının Avropaya vizasız buraxılması təsdiqləndi

Gürcüstanın Avropaya vizasız səfərlərinə strat verilib.

Bu barədə Avropa İttfaqından məlumat verilib. Bundan sonra biometrik pasporta sahib Gürcüstan vətəndaşları biznes, turizm və ailə səfəri məqsədli səyahətlərində vizadan azad olacaqlar. Eyni zamanda səyahət zamanı getdikləri ölkədə 90 gün qala biləcəklər.

Vizasız səyahət Aİ rəsmi qəzetində təznimləmələrin dərc olunmasından 20 gün sonra mümkün olacaq.

Aİ sədri, Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Carmelo Abela bu tənzimləmələrin Gürcüstan və Aİ xalqlarını bir-birinə daha da yaxınlaşdıracağını, iki ölkə arasında turizm ilə biznes əlaqələrini gücləndirəcəyini ifadə edib.

Gürcüstan, vizasız səyahət üçün Aİ-nin təqdim etdiyi meyarları 2015-ci ilin dekabr ayında tamamlayıb. Lakin “əyləc mexanizminə” dair Aİ qurumları arasındakı müzakirələr bu prosesi ləngidib.

Yeniçağ.az

www.yenicag.az

94