Gürcüstan XİN: Dağlıq Qarabağdakı referendumu tanımırıq
“Gürcüstan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığından, fevralın 20-də keçirilən referendumun nəticələrini də tanımır”.
Yeniçağ.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər.
XİN-dən deyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri əsasında nizamlanması üçün dialoq davam etdirilməlidir.
Yeniçağ.az