Gürcüstanda daha 549 nəfər koronavirusa yoluxdu - Ölənlər var

media-hightechnic-468x90

Gürcüstanda son sutkada koronavirusa 549 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 9 245-ə, sağalanların sayı 4 887-yə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 58 olub.

Hazırda karantində 5 392, tibbi nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 100 xəstə isə xüsusi otellərdə müalicə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600