Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda daha 680 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 680 nəfər yoluxub, 7 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 13 521 nəfərə, ölənlərin sayı 109 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 590 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 7 159 nəfərin sağaldığı bildirilir.

www.yenicag.az

136