Gürcüstanda koronavirus kabusu: 5 450 yeni yoluxma
Gürcüstanda ötən sutkada daha 5 450 nəfər yeni növ koronavirusa yoluxub, 2 306 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 158 154-ə çatıb. Onların 129 210-u sağalıb, 1 462-si isə ölüb.
Hazırda karantin rejimində 1 325, stasionar nəzarətdə 6 671 nəfər saxlanılır.