Reklam: High Technic
hightechnic

Gürcüstanda yanacaq ucuzlaşdı

Mart ayında Gürcüstanda benzinin qiymətində ucuzlaşma qeydə alınıb.

Yenicag.az xəbər verir ki, yanacağın qiyməti brend yanacaq doldurma məntəqələrində bir litr üçün orta hesabla 2-4 tetri aşağı düşüb. Hazırda regular markalı benzin 2,09-2,24 lari (0,87-0,93 dollar), premium markalı benzin 2,24-2,33 lari (0,93-0,97 dollar), super markalı benzin isə 2,37-2,49 lariyə (0,99-1,04 dollar) təklif olunur.

Yanacağın qiymətinin ucuzlaşması ötən ay milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir. (APA)

www.yenicag.az

778