Gürcüstanda yeni Baş nazir təyin edildi

media-hightechnic-468x90

Gürcüstan parlamenti sentyabrın 8-də yeni hökumətə etimad göstərib.

Yenicag.az xəbər verir ki, parlamentin 98 deputatı Georqi Qaxarianın Gürcüstanın yeni Baş Naziri təyin olunmasını dəstəkləyib.

Müxalifət səsvermədə iştirak etməsə də, bu səsvermənin nəticələrinə təsir etməyib.

G.Qaxaria son yeddi ildə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının 5-ci Baş Naziri olub.

G.Qaxarianın Baş Nazir postuna namizədliyi hakim partiya tərəfindən sentyabrın 3-də irəli sürülüb./AZƏRTAC/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa