Gürcüstandan Azərbaycana dəstək

media-hightechnic-468x90

8a966c7d6432f46c844993e69553065c“İşğal olunmuş ərazilərdə keçirilən seçkilər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”

“Rəsmi Tbilisi Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən “parlament seçkiləri”nin nəticələrini tanımır”. APA-nın “agenda.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildiriblər ki, “parlament seçkiləri”nin legitim əsası yoxdur: “Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir. İşğal olunmuş ərazilərdə keçirilən “seçkilər” beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Gürcüstan XİN ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600