Gürcüstanın azərbaycanlı gənclərindən kampaniya: “Mən marneuliliyəm” – FOTO

media-hightechnic-468x90

Gürcüstanın azərbaycanlı gəncləri “Facebook” sosial şəbəkəsində challenge kampaniyasına start veriblər.

Yenicag.az xəbər verir ki, kampaniyanı İbrahim Məmmdəov adlı gənc başlayıb.

“Dostlar, Marneuli və Bolnisidə karantin zonası elan olunandan sonra sosial şəbəkələrdə diskriminasiya xarakterli paylaşımlar edilir. Həmin postlarda etnik azərbaycanlılar təhqir olunur. Buna görə də vətəndaşlarımızın özündərk hissini artırmaq üçün bu challenge-ə başladım: “Mən marneuliliyəm, etnik azərbaycanlıyam, gürcü dilini bilirəm. Dövlətin müəyyən etdiyi məhdudiyyətlərə əməl edirəm, evdə qalıram!”.

Paylaşıma bu haştaqlar əlavə olunub:

#არადისკრიმინაციას (diskriminasiyaya yox)

#დარჩისახლში (evdə qal)

#მხოლოდსიყვარულიგადაგავარჩენს (bizi yalnız sevgi xilas edir)

Artıq bir neçə gənc bu kampaniyaya qoşulub./NewsBureau/

https://www.facebook.com/ibo.mamedov.313/posts/2693682594224479

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600