Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycana səfər edəcək.
Yenicag.az xəbər verir ki, Gürcüstan hökumətinin başçısı respublikamıza martın 11-də gələcək.
Georgi Kvirikaşvili səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq. (Report)
www.yenicag.az