Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik – XİN

Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində qeyd olunub.

“Azərbaycan və Gürcüstan münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan ibarətdir”, – məlumatda bildirilib.