Gürcüstanın yeni müdafiə naziri qadın oldu

media-hightechnic-468x90

image02Gürcüstanda yeni müdafiə naziri Tinatin Xidaşeli təyin olunub. Bununla da Gürcüstanda Müdafiə Nazirliyinə ilk dəfə qadın başçılıq edəcək.

Onun bu təyinatı ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub.

Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir. T.Xidaşeli bir sıra qeyri-hökumət təşkilatının, o cümıədən Gənc Hüquqşünaslar Assosiasiyasının yaradıcılarından sayılır.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni kabinetinin tərkibində olacaq namizədləri təqdim edib. Deputat Qiqlu Aqulaşviliyə Ətraf mühitin müdafiəsi və təbii ehtiyatlar, deputat, keçmiş biznesmen və idmançı Tariyel Xiçikaşviliyə isə İdman və gənclər naziri vəzifəsinə təsdiqlənib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600