!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanla “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə olundu

!Reklam – Yazi

Azərbaycan və Gürcüstan arasında neft-qaz, bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Gürcüstana, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin isə cari ildə ölkəmizə qarşılıqlı səfərlərinin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni təkan verdiyi bildirilib.

Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verdiyi vurğulanıb. Bu xüsusda 2022-cü ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv