Hacı Mazanın oğlu DİN-dəki yüksək vəzifəsindən uzaqlaşdırıldı

media-hightechnic-468x90

Adı müxtəlif qalmaqallarda hallanan və ictimaiyyət arasında “Hacı Mazan” kimi tanınan Hacı Ramazan Zeynalov və oğlunun başı üzərində qara buludlar dolaşır. 

Yenicag.az-a daxil olan xəbərə görə, haqqında cinayət işi başladılan Hacı Mazanın oğlu Bayram Zeynalov bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilib. 

Haqqında təhqiqat başladılan Bayram Zeynalovla bağlı qərarın verilməsində vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar çoxsaylı şikayətlər mühüm rol oynayıb.

Qeyd edək ki, bu Zeynalovlar Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin yaxın qohumlarıdır. Bu səbəbdən də, 444 seriyalı dövlət nişanını monopoliyada saxlayan Hacı Mazan və ətrafı illərdən bəri həm Bakıda, həm də cənub zonasında toxunulmaz sayılmaqdadır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600