Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Suriya və Qəzzadakı son durum barədə danışıblar.
H.Fidan Qəzzadakı atəşkəsin daimi olmasının zəruriliyinə diqqət çəkib.
Onun fikrincə, regional sülh üçün İsrail-Fələstin münaqişəsi həllini tapmalıdır.
Diplomatlar həmçinin Şərqi Avropakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Onlar tərəflər arasındakı mümkün sülh barədə danışıblar.
Fidanla Rubio eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirə aparıblar. Onlar müdafiə sənayesi də daxil olmaqla qarşılıqlı ticarətin inkişafı barədə danışıblar.
Qeyd edək ki, bu, M.Rubionun ABŞ dövlət katibi kimi H.Fidanla ilk görüşüdür./Report/
www.yenicag.az